ONN İnformasiya Agentliyi

Gediş haqqının ödənilməsi ilə bağlı YENİLİK

Gediş haqqının ödənilməsi ilə bağlı YENİLİK
03 Aprel 2024 - 18:51

Nazirlər Kabineti “Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları”nı təsdiq edib.

ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, həmin hallar aşağıdakılardır:

– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında”qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png