ONN İnformasiya Agentliyi

Həftə sonunda apteklər və marketlər tam bağlanacaq – TƏBİB AÇIQLADI

Həftə sonunda apteklər və marketlər tam bağlanacaq – TƏBİB AÇIQLADI
04 İyun 2020 - 17:39

Bu həftənin sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, cümə günündə dövlət qurumlarında iş saatı 14.00-da bitəcək: “Vətəndaşlar bunu bir bayram kimi qəbul etməsinlər. Bu, vətəndaşlara əlavə vaxt kimi verilir. Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq. Vətəndaşlar arasında hər hansı təşviş yoxdur. Vətəndaşların zəruri ehtiyaclarını ödəmək üçün bu gün və sabah kifayət qədər vaxt var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png