ONN İnformasiya Agentliyi

Heydər Əliyev xatirələrdə

Heydər Əliyev xatirələrdə
10 May 2021 - 18:24

10 May Azərbaycan xalqının və dövlətinin tarixində ən əlamətdar günlərdən biridir. Bu gün-10 May tarixi, tarixi şəxsiyyət, müdrik dövlət və siyasət xadimi Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Bununla əlaqədar mən də ümuummilli lider və tarixi şəxsiyyət Heydər Əliyev haqqında xatirələrimi bölüşmək istərdim.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işləyən dövrdə mən də Şərur rayonun rəhbəri idim. Həmin dövrdə Heydər Əliyevə qarşı Azərbaycan iqtidarı və müxalifəti tərəfindən çox ciddi təzyiqlər vardır.

1991-ci il avqust ayının 29-da televiziya ilə elan olundu ki, 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyası keçiriləcək və gündəlikdə təşkilati məsələ var.

Ertəsi gün A.Mütəllibovun xüsusi tapşırığı ilə MR-nın rayonlarının rəhbərləri həmin rayonlardan olan kominist deputatlarla birlikdə Bakıya aparıldı. Mən kominist rayon rəhbəri olsam da, Bakıya getməkdən imtina etdim və Şərurdan olan 40 deputatın Bakıya qaçırılmasının qarşısını aldım və buna görə də A.Mütəllibov tərəfindən saysız təhdid və hədələrə məruz qaldım. Sentyabr ayının 3-də saat 2:00 radələrinədək cəmi 31 deputat qeydiyyatdan keçmişdir. Onların hamısı AXC nümayəndələri idi. Onların öz namizədi var idi. Bu Qafar Məmmədov idi. Bakıya qaçırılmış deputatlardan 3 deputatı gətizdirəndən sonra yetərsay alındı və saat 19:00 radələrində sessiya öz işinə başladı. Yüz minə yaxın insan isə sessiya keçirilən binanın qarşısında Heydər Əliyevə dəstək nümayiş etdiridi. Nəhayət Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi.

Bu xəbər həm SSRİ Prezidenti M.Qarbaçovu, həm də Azərbaycan Prezidenti A.Mütəllibovu şoka saldı. Onlar hamıdan yaxşı bilirdilər ki, H.Əliyevin MR Ali Məclisinin sədri seçilməsi əslində Azərbaycan Respublikasının Prezidenti seçilmək deməkdir. M.Qarbaçov A.Mütəllibova təcili H.Əliyevi həbs etmək tapşırığını verər. Gecə yarısı Təhlükəsizlik Şurasının iclası keçirilər. İclasda A. Mütəllibov deyib ki, H.Əliyev Naxçıvanda dövlət çevrilişi edib və hakimiyyəti ələ keçirib. O DİN-nə H.Əliyevi həbs etmək tapşırığı verib. Bunun üçün 25 nəfərlik “çevik əməliyyat dəstəsi” gecə yarısı “Nasosnudan” DİN-nin vertalyotu ilə Naxçıvana göndərildi. Bundan xəbər tutan xalq gecə yarısı da olsa ayağa qalxdı və bu məkrli niyyətin qarşısını aldı.

Həmin ərəfədə Heydər Əliyev məni yanına dəvət etdi və dedi:

“Vəli vəziyyət pisdir. Dedim ki, bilirəm. Dedi ki, sən bildiyindən də pisdir. Silahlı cəbhəçilər hər gün bir neçə dəfə dəstə-dəstə kabinetimə daxil olur və təhqirəramiz ifadələrlə məni öldürməklə hədələyirdilər. Məndən tələb edirdilər ki, istefa ver və Naxçıvandan çıx get”.

H.Əliyev mənə hər şeyi danışdı. Sonda o mənə bir kağız uzatdı və dedi ki, 71 deputat mənim istefama imza atıb. A.Mütəllibovun tapşırığı ilə MR-nın rayon rəhbərləri və digər vəzifəli şəxsləri mənim telefon zənglərimə cavab vermirlər. Heç dəstəyi də qaldırmırlar. Mənə itaətsizlik göstərirlər.

Görülmüş çox ciddi tədbirlər nəticəsində 1992-ci il fevral ayının 21-də keçirilən sessiyada H.Əliyev qələbə çaldı. Bu xəbər A.Mütəllibovu və Müxalifət liderlərini şoka saldı.

1992-ci ilin mart ayında Cənab prezident İlham Əliyev Naxçıvana gəldi. H.Əliyev məni İlham Əliyevlə tanış etdi. Ertəsi gün mən İlham Əliyevi Şərura dəvət etdim və birlikdə 10 saata yaxın məlum məsələlər haqqında müzakirələr apardıq.

1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev məlum hadisədən sonra xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəldi və bundan sonra Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün etdiyi misilsiz xidmətləri göz qabağındadır.

Hörmət və ehtiramla Vəli Əsgərov

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png