ONN İnformasiya Agentliyi

“İMZA”-da yeni təyinat

“İMZA”-da yeni təyinat
05 Mart 2021 - 16:05

İctimai Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, Xəyal Kamil oğlu Bəşirov “İMZA”-nın Cənub Regional nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.

Xəyal Bəşirov Lənkəranda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. On ildən artıq hüquq müdafiəsi üzrə təcrübəyə malikdir. 2012-ci ildən AR Vəkillər Kollegiyasının üzvü kimi, vəkillik fəaliyyəti ilə məşğuldur. 2017-ci ildən Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü seçilib. Türk, rus və ingilis dillərini bilir.

X.Bəşirov 2009-cu ildən başlayaraq aktiv şəkildə ictimai fəaliyyətlə məşğuldur. O, ölkənin kütləvi informasiya vasitələrində və xarici mətbuatda dövlətimizin daxili və xarici siyasətinə dair əhəmiyyətli məsələlərlə bağlı müntəzəm olaraq yazıları və müsahibələri ilə çıxışlar edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png