ONN İnformasiya Agentliyi

İqtisadiyyat naziri Çinə səfər edəcək

İqtisadiyyat naziri Çinə səfər edəcək
02 Fevral 2018 - 17:57

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edəcək.

ONN media xəbər verir ki, ""Kəmər və Yol" layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu” mövzusunda Beynəlxalq Konfransda iştirak edəcək nümayəndə heyətimiz, konfransda Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətləri ilə bir araya gələcək. Səfər fevral ayının 5-dən 7-ə qədər davam edəcək.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın tranzit potensialına dair çıxış edərək, mövzu ətrafında digər ölkə rəhbərləri ilə müzakirələr aparacaq.

Ş.Mustafayev Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini – Çinin Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək.

Səfər çərçivəsində Azərbaycandan gedən nümayəndə heyəti Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışına qatılacaq. Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes forumlar təşkil olunacaq. Biznes forumlarda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Bu tədbirlərdə həmçinin, “EXPO-2025” Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat olacaq.

Səfərin son günü – fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png