ONN İnformasiya Agentliyi

İşğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb

İşğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb
28 Avqust 2018 - 15:53

ONN media xəbər verir ki, Azərbaycanın Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb. 

Buna səbəb ermənilərin işğal altındakı Kəlbəcər rayonunun Heyvalı kəndində (Drombon) qanunsuz istismar etdikləri dağ mədənində baş verən güclü partlayışdır. 

Partlayış Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin kommunikasiya xətlərinə ciddi ziyan vurub. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb. Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.

Dağlıq Qarabağdakı separatçı rejimin fövqəladə qurumlarının yaydığı məlumata görə, qəzaya səbəb boru xətlərinin standartlara cavab verməməsidir. 

Bərpa işlərinin, ən azı, 3-5 gün davam edəcəyi bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png