ONN İnformasiya Agentliyi

Karantin nəticəsini verdi, Azərbaycanda vəziyyət düzəlir

Karantin nəticəsini verdi, Azərbaycanda vəziyyət düzəlir
10 İyul 2020 - 17:31

Son günlərdə yoluxanlarla sağalanların sayında bəlli sabitləşməyə nail ola bilmişik. Buna vətəndaşların qaydalara riayət etməsi nəticəsində nail olmuşuq.

ONN media  xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, insanlar daha ciddi şəkildə qaydalara riayət edirlər: “Bunu marketlərdə və ictimai nəqliyyatda hiss edirik. Xəstəliyin ağırlaşmalarına inam çoxalıb. Artıq gündəlik yoluxanlarla sağalanların sayı bir-birinə çox yaxındır. Bu da bizim üçün çox əhəmiyyətli nüansdır”.

Qeyd edək ki, bu gün Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər dünyasını dəyişib, 502 nəfər sağalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png