ONN İnformasiya Agentliyi

Küçələrdəki vəziyyətlə bağlı rəsmi açıqlama

Küçələrdəki vəziyyətlə bağlı rəsmi açıqlama
06 Fevral 2024 - 18:49

Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:

“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb. Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png