ONN İnformasiya Agentliyi

Məcəllədə dəyişiklik edildi: Yeni cərimələr tətbiq ediləcək – MƏBLƏĞLƏR

Məcəllədə dəyişiklik edildi: Yeni cərimələr tətbiq ediləcək – MƏBLƏĞLƏR
11 Avqust 2020 - 17:28

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

ONN media  xəbər verir ki, dəyişikliklə Məcəlləyə yeni 370-2 maddəsi əlavə edilib.

Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə olunacaq. Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png