ONN İnformasiya Agentliyi

Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun — TƏKLİF! – VİDEO

Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun — TƏKLİF! – VİDEO
25 Sentyabr 2019 - 19:26

Məlumdur ki, 5 yaşdan yuxarı hər bir kəs ictimai nəqliyyatda gediş haqqı ödəməlidir. Əlbəttə ki, bura məktəblilər də daxildir. Amma son zamanlar belə bir təklif səslənir ki, məktəb şagirdləri ictimai nəqliyyatda gediş haqqından azad olunsun. Hesab edilir ki, günün müəyyən vaxtlarında məktəbli formasında olan uşaqlar gediş haqqı verməyə bilər.

ONN media xəbər verir ki, ARB TV əməkdaşları məsələ ilə bağlı ətraflı araşdırma ediblər.

Bugünlərdə sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün avtobusdan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayıldı. Məsələyə anındaca sərt reaksiyalar oldu. Millət vəkili Fazil Mustafa hesab edir ki, məktəblilər gediş haqqı ödəmələrindən azad olunmalı, ya da müəyyən güzəştlər olmalıdır.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Məktəbə uşağın daşınması ən vacib problemlərdən biridir. Bu bəhanəni kiməsə buraxmaq olmaz. Valideyn var bəhanə edər ki, mənim gücüm çatmır, uşağı məktəbə apara bilmirəm”.

Dünyanın bir çox ölkələrində isə məktəb şagirdlərinin ictimai nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir.

Kamran Əsədov – Təhsil eksperti: “Gürcüstan, yəni yaxın ərazilərdən deyək. Şagirdlər gediş haqqından tam azaddırlar. Türkiyədə isə güzəşt tətbiq edilir. Yəni xüsusi kartlar paylanılır, həmin kartlar vasitəsilə 50 faiz və daha aşağı ödəniş etməklə daşıma həyata keçirilə bilir”.

Şagird: “Hər gün məktəbə getmək və qayıtmaq üçün təxminən 60 qəpik, bəzən isə 1 manatdan çox pul xərcləyirik. Ayda orta hesabla 20-30 manat gedir. Pulsuz olsa daha yaxşı olar”.

Kamran Əsədov – Təhsil eksperti: “Əgər həmin şəxs məktəbli formasındadırsa və məktəb saatlarında ictimai nəqliyatdan istifadə edirsə, biz onu azad etməliyik. Təbii ki, biz demirik ki, gecə saatlarında və qeyri-iş günlərində bu tətbiq edilsin”.

Ekspertlərin sözlərinə görə, dövlət şagirdlərin pulsuz daşınması müqabilində daşıyıcı şirkətlərə müəyyən güzəştlər edə bilər.

Elməddin Muradlı- Nəqliyyat eksperti:  “100-200 şagird ödəniş etməsə daşıyıcı şirkət ondan heçnə itirən deyil. Amma ola bilər ki, daşıyıcı şirkətə dövlət bunun üçün konpensasiya ödəyə bilər. Hardasa bir güzəşt tətbiq edə bilər ki, məsələn sən şagirdləri dərs mövsümündə daşıyırsan, mən də sənnən tutaq ki, vergidəmi, hansısa bir sahədəmi müəyyən bir həcmdə güzəşt edirəm”.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Burada ən böyük üstünlük verilən tərəf uşaqdır. Bütün hallarda onun problemi həll olunmalıdır. Amma qalan tərəfin sıxıntısını da müvafiq qurumlar çözməlidir ki, o da zərərə düşməsin. Sabah elə bir şərait yarana bilər ki, deyər ki, bunun yarısı şagirdlərdir, mən qazana bilmirəm”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstərilə və məsələyə qanunvericilik çərçivəsində baxıla bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png