ONN İnformasiya Agentliyi

Məşhur teleaparıcıya YÜKSƏK VƏZİFƏ VERİLDİ

Məşhur teleaparıcıya YÜKSƏK VƏZİFƏ VERİLDİ
11 Avqust 2020 - 11:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub.

ONN media  xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Qeyd edək ki, Murad Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də “Yaşamaq Gözəldir” və “Günə Doğru” proqramlarının aparıcısı idi.

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png