ONN İnformasiya Agentliyi

“Mall”arın açılması ilə bağlı MÜHÜM XƏBƏR

“Mall”arın açılması ilə bağlı MÜHÜM XƏBƏR
22 May 2020 - 18:36

Kənd Təsərrüfatı ilə məşğul olan şəxslərin ölkə ərazisində hərəkətinə icazə verilib.

ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O əlavə edib ki, qeydiyyatdan keçən, xüsusi fəaliyyət sahələrində işləyənlər ölkə ərazisində sərbəst hərəkət edə bilərlər: “Eyni zamanda, yalnız yaxın qohumun dəfn mərasiminə gedənlərə bu icazə verilir”.

İ.Məmmədov qeyd edib ki, növbəti yumşalma mərhələsində “Mallar”ın, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq: “İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır”.

O vurğulayıb ki, hazırda ehtiyatda 6 milyon maska var: “Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png