ONN İnformasiya Agentliyi

Metro bu tarixə qədər bağlı qalacaq – VIDEO

Metro bu tarixə qədər bağlı qalacaq – VIDEO
03 Avqust 2020 - 20:55

“Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 31 avqust tarixinə qədər metronun bağlı qalması qüvvədə saxlanılır”.

ONN media  xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:

“Burada sırf texniki-epidemioloji, o cümlədən də metronun bilavasitə ventilyasiya sistemi ilə əlaqədar olan məqamlar var. Ekspertlər rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan bir şəraitdə virusun təkrarən hərəkət etməsi və nəticə etibari ilə yoluxma miqyasının artması üzrə proseslər baş verə bilər ki, bu halda metronun işə salınması məqsədəuyğun hesab olunmur. Ona görə Bakı Nəqliyyat Agentliyi qarşısında bu tapşırılqar qoyulub ki, avtobus xətlərində saylar artırılsın, pik saatlarda sıxlıq yaranarsa, bunun qarşısının alınması üçün əlavə tədbirlər görülsün”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png