ONN İnformasiya Agentliyi

Millət vəkili: “Seçicilərə cavab verə bilmirəm…”

Millət vəkili: “Seçicilərə cavab verə bilmirəm…”
23 Noyabr 2017 - 14:52

“Bu il şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün Maliyyə Nazirliyi vəsait ayıracaqmı?”

ONN media xəbər verir ki, bu sualla Milli Məclisdə millət vəkili Əflatun Amaşov çıxış edib.

Millət vəkili bildirib ki, 3 il əvvəl Saatlıda şəhid ailələri və əlillər üçün evlərin tikintisinə başlanmalı idi. Lakin işlər yarımçıq qalıb:

“Səbəb də odur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Hətta evlərin bünövrəsi də qoyuldu. Hər dəfə rayonda seçicilərlə görüşəndə onların bu mövzuda suallarına cavab verməkdə çətinlik çəkirəm. İndi mənim üçün maraqlıdır ki, növbəti il üçün dövlət büdcəsindən həmin evlərin tikintisinə vəsait ayrılacaqmı?”

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png