ONN İnformasiya Agentliyi

Müzakirələrə səbəb olan keçidlə bağlı – AÇIQLAMA

Müzakirələrə səbəb olan keçidlə bağlı – AÇIQLAMA
01 Oktyabr 2019 - 20:33

Xətai rayonu Heydər Əliyev parkının yanında inşa edilməkdə olan yerüstü keçid sosial şəbəkələrlədə müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri pilləkənlərin uzun olduğunu bildirərək, keçidin yaşlılar üçün əlverişsiz olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı açıqlama yayan Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, keçiddə fiziki məhdudiyyətli vətəndaşların hərəkəti, ahıl yaşlı insanların və körpə uşaqlı valideynlərin rahat və təhlükəsiz keçməsi üçün avtomatik pandus quraşdırılacaq. Bundan başqa, layihənin sonunda keçid liftlə təmin olunacaq.

“Bu keçidə bu gün biri Çin səddi dedi, biri Misir ehramı, biri keçilməz qala və s. Əslində orda keçid vətəndaşlarımızın təhlükəsizliyi üçün tikilir. Bəziləri deyir ehtiyac yox idi, amma var idi. Orda tez-tez piyadaların vurulması ilə nəticələnən qəzalar qeydə alınırdı. Mənə verilən yeni məlumata görə, bu keçiddə fiziki məhdudiyyətli vətəndaşlarımızın hərəkəti üçün, ahıl yaşlı insanlarımızın və körpə uşaqlı valideynlərin rahat və təhlükəsiz keçməsi üçün həm avtomatik pandus quraşdırılacaq, həm də layihənin sonunda keçid liftlə təmin olunacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png