“Narkomaniyaya YOX deyirik” məktəbdə tədbir

ONN media xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin "Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası" rayon Polis İdarəsi ilə birlikdə 26 dekabr 2017-ci il tarixdə 1 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə "Narkomaniyaya YOX deyirik" mövzusunda tədbir keçirib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev, rayon Polis İdarəsinin rəisi Musa Musayev, "Məşədi Dadaş" məscidinin dini icmasının sədri Şahin Həsənli, ATU-nun dosenti baş toksikoloq İsmayıl Əfəndiyev və "Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri" İB-nin sədri Azər Quliyev çıxış ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər.

Tədbiririn sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunub.