ONN İnformasiya Agentliyi

Nazir: “Hər il 500-600 ailə mənzillə təmin ediləcək”

Nazir: “Hər il 500-600 ailə mənzillə təmin ediləcək”
22 Noyabr 2017 - 21:23

Ayrılan vəsait hər il 500-600 şəhid ailəsi və Qarabağ əlilinin mənzillə təmin edilməsinə imkan verir.

ONN media xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov büdcə müzakirəsi zamanı millət vəkillərinin şəhid ailələrinin mənzillə təminatı barədə qaldırdıqları məsələyə cavab verərkən deyib.

Nazir bildirib ki, şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı 1997-ci ildən başlanılıb. Bu vaxta qədər 6096 ailə mənzillə təmin edilib.

“Onların 4757-si 2013-cü ilə qədər, qalan 1340 nəfər isə ondan sonrakı dövrdə təmin edilib. Əvvəlki illərdə hər il 280 ailə mənzillə təmin edilirdisə, sonrakı illər bu rəqəm 335-ə yüksəlib”.

Nazir onu da əlavə edib ki, Prezident İlham Əliyevin 2014-cü il tarixli sərəncamına əsasən hər il bu qrupdan olan əhalinin mənzillə təminatı üçün 50-60 milyon manat ayrılmalı idi:

“Bununla da problemin həlli 5 il ərzində yekunlaşacaqdı. 2014-cü ildə 30 milyon manat vəsait ayrıldı. Lakin bildiyiniz kimi, sonrakı illərdə ölkənin iqtisadi durumu nəzərə alınaraq, sərəncamda göstərilən vəsait tam təmin edilmədi. Hər il 10-15 milyon manat bu məqsədlə ayrıldı ki, bununla da dediyim kimi, hər il 335 ailə mənzillə təmin edilib. Növbəti ildə də şəhid ailələri və Qarabağ əlilləri üçün ayrılan vəsaitin artırılması nəzərdə tutulub. Bu da bizə hər il 500-600 ailəyə mənzil tikilməsi və ya tikilmiş mənzillərin alınaraq verilməsini təmin etməyimizə imkan yaradır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png