ONN İnformasiya Agentliyi

Nazirdən maaşlarla bağlı ŞAD XƏBƏR

Nazirdən maaşlarla bağlı ŞAD XƏBƏR
20 İyul 2022 - 8:42

Gələn ilin sosial islahat zərfində minimum əmək haqqı məbləğinin və pensiyaların artırılması nəzərdə tutulur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir söyləyib ki, bu istiqamətdə işlər gedir və təkliflər hazırlanır.

Sahil Babayev həmçinin post müharibə dövründə şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına olan dövlət qayğısından danışıb. Qeyd edib ki, 94 min insana 105 min sosial ödənişlər təyin edilib. Həmçinin 3600 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. İlin sonuna qədər daha 1500 mənzil və fərdi evin bu kateqoriyadan olanlara təqdim edilməsi nəzərdə tutulub. Cari ildə həmin kateqoriyadan olan şəxslərə 100 avtomobil verilib və proses davam edir. Nazir şəhid ailəsi üzvlərinin və müharibə əlillərinin məşğulluğunun təmin edilməsinə də diqqət çəkib.

Nazir həmçinin 11 min müharibə iştirakçısının reablitasiyadan keçdiyini, 330 nəfərin 4-cü nəsil elektron protezlə təmin edildiyini vurğulayıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png