ONN İnformasiya Agentliyi

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa edildi – DİQQƏT

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa edildi – DİQQƏT
19 Mart 2020 - 19:55

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.

Bu barədə məlumat ONN media -ya qurumdan verilib.

Bildirilib ki, 19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik,  Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar  martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png