ONN İnformasiya Agentliyi

On minlərlə vətəndaşa MÜHÜM XƏBƏR: May ayında…

On minlərlə vətəndaşa MÜHÜM XƏBƏR: May ayında…
17 Yanvar 2020 - 22:48

“Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinin əsas hissəsinin may ayına qədər yekunlaşması gözlənilir”.

ONN media xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yerli televiziyaya açıqlamasında belə deyib. O bildirib ki, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol hərəkət zolağı enində genişləndirilir. Anar Nəcəflinin sözlərinə görə, anoloji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulub. Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. İşlər yekunlaşandan sonra ərazidə günün pik saatlarında müşahidə olan tıxac problemi aradan qalxacaq.

Qeyd edək ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png