ONN İnformasiya Agentliyi

Övladlığa uşaq götürmək istəyənlərə şad xəbər

Övladlığa uşaq götürmək istəyənlərə şad xəbər
19 Noyabr 2019 - 12:56

Milli Məclis Mülki Prosessual Məcəlləyə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edib.

ONN media xəbər verir ki, bu haqda deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanunlara dəyişiklik övladlığagötürmə ilə bağlıdır. O, xatırladıb ki, övladlığagötürmə sonda məhkəmə yolu ilə öz həllini tapır: “Qanunlara dəyişiklik bu prosedurun şəffaf və asanlaşdırılmasını nəzərdə tutur”.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png