ONN İnformasiya Agentliyi

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ
26 Yanvar 2024 - 20:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb.

Bu barədə ONN media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin yanvar ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png