ONN İnformasiya Agentliyi

Pensiyalar niyə ödənmir?- Rəsmi

Pensiyalar niyə ödənmir?- Rəsmi
10 Fevral 2023 - 12:05

Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda pensiyaların verilməsi gecikir.

ONN media xəbər verir ki, adətən hər ayın 8-də Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisi üzrə pensiyalar ödənilsə də, bu ay sözügedən tarixdə ödəniş həyata keçirilməyib.

Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, yanvar ayı üçün də pensiyalar ənənəvi vaxtdan 5 gün gec – 13 yanvarda ödənilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png