ONN İnformasiya Agentliyi

Pensiyalarla bağlı ŞAD XƏBƏR

Pensiyalarla bağlı ŞAD XƏBƏR
21 Noyabr 2020 - 12:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.

ONN media  xəbər verir ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd və kompensasiyalarını bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, noyabrın 13-dək bu ayın bütün ölkə üzrə pensiya ödənişi də başa çatdırılıb.

Beləliklə, 2,3 milyona yaxın şəxsə bu ay pensiya, müavinət, təqaüd və kompensasiya ödənilib.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png