ONN İnformasiya Agentliyi

Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir – TƏBİB

Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir – TƏBİB
15 Avqust 2020 - 12:04

Biz yumşalmalara getdiyimiz zaman rəqəmlərdə qismən artım olacağını gözləyirik.

ONN media xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Lakin qaydalara riayət etsək, bunu nəzarətdə saxlaya bilərik. Bu gün ölkə üzrə çarpayı fondunun 14 faizi doludur. Rəqəmlərdə artma müşahidə olunsa da, çalışmalıyıq ki, bu nəzarət olunacaq səviyyədə olsun”, – o bildirib.

Y.Qarayeva əlavə edib ki, iki həftədir ölkədə İtaliyadan və Çindən gələn işçi qrupları fəaliyyət göstərir:

“Biz o mütəxəssislərlə rayonlara səfər edib, xəstəxanlardakı vəziyyəti müzakirə etmişik. Eyni zamanda onların iştirakı ilə onlayn təlimlər təşkil olunur ki, regionlardakı xəstəxanalarımız da burada iştirak edir”.

O bildirib ki, peyvəndlə bağlı ciddi iş gedir:

“Hazırda payız dövründə qrip xəstəliyinə qarşı peyvəndin aparılması üzrə iş gedir. Eyni zamanda koronavirusa qarşı peyvəndin əldə olunması istiqamətində danışıqlara başlanıb. Ən qısa zamanda ölkəmizə peyvəndin gətirilməsi üzərində işlər aparılır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png