Sabah bu ərazilərdə su olmayacaq

Aprelin 17-də saat 00:00-dan etibarən 12 saat müddətində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektlərində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə ONN media-ya Azərsu ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyət magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.