Binəqədi sakinlərinin NƏZƏRİNƏ

Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bu gün Bakının Binəqədi rayonunun bəzi küçə və yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Geri qayıt