Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılır


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədəONN media -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Geri qayıt