Enerjinin verilişi nə vaxt bərpa olunacaq?

Azərbaycanda elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq.
Bu barədə ONN media-ya “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
Y.Babayev bildirib: “Hal-hazırda bir neçə qərb rayonlarında elektrik enerjisinin verilməsi bərpa olunub”. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsi həmçinin Bakının bəzi rayonlarında da bərpa olunub.