Tibilisi-Bakı qatarı yolda qaldı- SƏBƏB?

Tibilisi-Bakı qatarı yolda qaldı- SƏBƏB?


Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb. 

ONN media Lent.az-a istinadla xəbər verir ki, qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib.

Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən  bildirilib ki, Tbilisi-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.

Geri qayıt