Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq


ONN media xəbər verir ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar,10 avqust 2018-ci il tarixdə  saat  0900-dan  təmir işləri tamamlananadək   Nəsimi rayonu Tibilisi prospekti,həmçinin 1 və 2-ci Alatava,20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə,H.Əliyev küçələrinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür.

 Aparılan  təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Geri qayıt