“Microsoft” “Windows 7”nin son istifadə tarixi nə vaxtı? - Açıqlama

“Microsoft” “Windows 7”nin son istifadə tarixi nə vaxtı? - Açıqlama


"Microsoft" şirkəti "Windows 7" əməliyyat sistemini planlaşdırıldığından daha üç il çox dəstəkləməyə qərar verib.

ONN media xəbər verir ki, əvvəlki açıqlamaya görə, "Windows 7"nin dəstəklənməsi 2020-ci ilin 14 yanvarında bitməli idi. Vaxtın uzadılmasına səbəb kimi "Windows 7"nin hələ də ən populyar əməliyyat sistemi kimi qalması göstərilir. Vaxtı uzadılmış dəstək "Windows 7 Professional" və "Windows 7" istifadəçiləri üçün əlçatan olacaq.

Yenilənmə pullu olacaq və hər əlavə cihaz üçün alınacaq. Məbləğ ildən-ilə artacaq. "Office 365 ProPlus" istifadəçiləri isə proqram yenilənmələrini 2023-cü ilədək ala biləcək.

Geri qayıt