Bu gün bəzi yerlərdə işıq olmayacaq

Bu gün bəzi yerlərdə işıq olmayacaq


Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq” ASC-dən ONN media-ya verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Geri qayıt