160 nömrəli marşrut xətti ilə bağlı YENİ XƏBƏR

160 nömrəli marşrut xətti ilə bağlı YENİ XƏBƏR


160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

ONN media Baku.ws-ə istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Verilən məlumata görə, qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 11-dən bu şirkət sərnişinlərə yeni avtobuslarla xidmət göstərəcək.

Geri qayıt