İctimai nəqliyyatda ciddi dəyişikliklər gözlənir

Təkliflər hökumətə təqdim edilib
"Avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb. Həmin tələblər hökumətə təqdim olunub".
ONN media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. V.Kərimli bildirib ki, həmin tələblərdən biri də 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillər olsun. BNA sədri qeyd edib ki, hər birimiz üçün ətraf mühit vacibdir.