Bu ərazidə işıq olmayacaq

Bu ərazidə işıq olmayacaq


Bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən ONN media-ya verilən məlumata görə, fasilə həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Qurum yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Geri qayıt