ONN İnformasiya Agentliyi

Qazsız qalan kənddə yaşayan şəhid anasından açıqlama

Qazsız qalan kənddə yaşayan şəhid anasından açıqlama
05 Dekabr 2022 - 20:56

Ağdaşda iki min əhalisi olan kəndin sakinləri qaz problemlərini həll edə bilmirlər.

Rayonun Qaradeyin kəndi 40 ildir mavi yanacağa həsrətdir.

Kənd sakinlərinin sözlərinə görə, 3 kilometr məsafədə olan əraziyə qaz xətti çəkilsə də, Qaradeyin kəndinin yolu qırmızı kitaba düşdüyü üçün onlar bu xətdən faydalana bilməyiblər:

“Yol qırmızı kitaba düşə bilir, biz düşə bilmirik. Çox əziyyət çəkirik, meşədən ağac kəsməyə icazə vermirlər, cərimələyirlər”.

Kənd ərazisində yaşayan Nailə Həmidovanın Birinci Qarabağ müharibəsində oğlu, Vətən müharibəsində isə nəvəsi şəhid olub.

“Bu qara torpağa iki şəhid vermişəm. Ozüm əliləm. Odunum yox, ocağım yox. İki dəfə qaz üçün müraciət etmişəm. “Yaxşı, gələcəyik” deyib gəlmirlər//oxu.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png