ONN İnformasiya Agentliyi

Quba ərazisi susuz qaldı- SƏBƏB NƏDİR?

Quba ərazisi susuz qaldı- SƏBƏB NƏDİR?
27 Fevral 2024 - 13:19

Qubada şəhər əhalisini içməli su ilə təmin edən əsas su xətləri şaxtalı hava səbəbilə donub.

Bu barədə yerli sakinlər məlumat verib.

Bildirilib ki, xətlərin donması səbəbilə əhali susuz qalıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, Qudyalçay donduğu üçün sistemə süzülən suyun həcmi azalıb:

“Su xətləri donmayıb. Qudyalçay donduğu üçün çaydakı drenajlarda boğulma yaranıb. Buna görə də şəhər əhalisinə içməli suyun verilməsində müəyyən çətinliklər var. Hazırda şəhər əhalisini normal içməli su ilə təmin etmək istiqamətində ərazidə işlər görülür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png