ONN İnformasiya Agentliyi

Rusiyada avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana gətirilib

Rusiyada avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana gətirilib
29 Dekabr 2017 - 13:43

Rusiyanın Saxalin vilayətində avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana göndərilib. Məlumata görə, həmyerlilərimiz Lətif Həsənov və oğlu Elnur Həsənovun meyitləri vətənə gətirilib. Onların doğulduğu Tovuz rayonunun Dönük Qırıqlı kəndində dəfn olunacağı bildirilir. 

Qeyd edək ki, dekabrın 23-də Saxalin vilayətində Elnur Həsənovun idarə etdiyi "Toyota Kluger" markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. E. Həsənovu yuxu tutduğundan, o, yolun kənarında dayanmış avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüb. Cənubi Saxalində hava vəziyyəti pis olduğundan, həmyerlilərimizin meyitlərinin Azərbaycana göndərilməsi yubanmışdı.  Apa.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png