Sabah bu ərazilərdə su olmayacaq

Sabah Bakının bəzi rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat yayıb.

Bildirilib ki, su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr saat 20:00-dan 01 dekabr səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsində su olmayacaq.

“Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik”, – agentliyin məlumatında bildirilib.