ONN İnformasiya Agentliyi

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
15 Yanvar 2024 - 19:40

Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə ONN media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qaz ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yenisi ilə əvəzlənməsi səbəbindən “Sərdarov BMZ” ölçü qovşağından 16.01.2024-cü il saat 11:00-dan 13:00-dək, həmçinin saat 11:00-dan etibarən Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonu üzrə M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin Ordubadi küçəsinin, I,II, III Mədən və Baksol yolu adlanan yaşayış ərazilərinin, Binəqədi şosesinin, eləcə də Xəzər rayonu üzrə Bolluq yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png