ONN MEDİA

SON DƏQİQƏ: Bakı-Naxçıvan reysində gecikmə – Sərnişinlər saatlardır gözləyir

SON DƏQİQƏ: Bakı-Naxçıvan reysində gecikmə – Sərnişinlər saatlardır gözləyir
11 İyun 2019 - 23:16

Hazırda Bakı-Naxçıvan reysi üzrə gecikmələr müşahidə olunur.

Hava limanında olan sərnişinlər “Qafqazinfo”ya bildiriblər ki, bir neçə saatdır Naxçıvana gedə bilmirlər.

ONN media bildirir ki, məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib:

“Axşam saat 8-ə işləmiş uçuşu planlaşdırılan Bakı-Naxçıvan reysi Naxçıvandakı faktiki hava şəraitinə görə saat 23:00-a təxirə salınıb. Hazırda reysdə 2 saatdan çox gecikmə var: “Hava şəraitindən asılı olaraq reysin vaxtı yenidən dəyişə bilər. Ancaq hazırkı planlaşdırmaya görə saat 23:00-a nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda Naxçıvanda ildırım çaxır, yağışlı hava müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png