ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ – Bu yollarda hərəkət iflic olub

SON DƏQİQƏ – Bu yollarda hərəkət iflic olub
04 Oktyabr 2018 - 18:36

Hazırda Bakının bir sıra küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.

ONN media xəbər verir ki, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən Azadlıq prospektinin 28 May küçəsi ilə kəsişməsi istiqamətində, Dilarə Əliyeva küçəsi – "Nizami" metro stansiyası istiqamətində, Rəşid Behbudov küçəsi – Bakıxanov istiqamətində, Vaqif küçəsi – Zorge parkı istiqamətində, Bəxtiyar Vahabzadə küçəsi – Mətbuat prospekti istiqamətində, Füzuli küçəsi – Qış parkı istiqamətində və Şah İsmayıl Xətai küçəsi – Heydər Əliyev Mərkəzi isitqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.

Hazırda yol polisi əməkdaşları bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png