ONN İnformasiya Agentliyi

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükəli FaceApp/Şok faktlar

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükəli FaceApp/Şok faktlar
17 İyul 2019 - 21:41

“FaceApp proqramı vasitəsilə insanların sosial şəbəkədə “qocalıq” fotolarını paylaşması nə qədər əyləncəli görünsə də, bu “əyləncə”nin arxasında bir təhlükə də var. Medalın görünməyən tərəfində sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının ələ keçirilməsi, üçüncü tərəfə ötürülməsi və reklam məqsədilə istifadə edilməsi halları var”.

ONN media xəbər verir ki, bunu türk araşdırmaçı-jurnalist Ahmet Can deyib.

Araşdırmaçı FaceApp internet proqramının 2017-ci ildə Wireless Lab adlı bir rus şirkəti tərəfindən yaradıldığını bildirib:

“Buna ən sadə dillə “qocaltma proqramı” da deyə bilərik. Fotolarla özünü “gəncləşdirmə” və “qocaltma” kimi bir özəlliyi olan bu proqram vasitəsilə pulsuz əylənə bilərsiniz, elə buna görə də bir neçə gündür sosial şəbəkədə trendə çevrilib.

Google necə sizə öz axtarış sistemi ilə pulsuz istədiyiniz məlumata çatdırırsa, FaceApp da bunun kiçik formasıdır. Yəni sizin məlumatlarınızı alır və bu məlumatları üçüncü tərəfə – reklam verənlərə ötürür. Yəni, burada məlumat mübadiləsi çəkilən fotolarla məhdudlaşmır”.

Ahmet Can FaceApp proqramında sosial şəbəkə istifadəçisinin nəzərindən qaçan “Məxfilik anlaşması”nın olduğuna diqqət çəkib:

“Proqrama verdiyiniz icazələrdən əldə edilən məlumatların necə istifadə olunduğu “Məxfilik anlaşması”nda yazılır. Bir neçə maddə var ki, bunlar siz əylənərkən əldə olunan məlumatların hansı məqsədlər üçün istifadə edildiyini göstərir.

FaceApp ələ keçirdiyi məlumatları FaceApp-a daxil olan və onunla əməkdaşlıq edən şirkətlərlə bölüşür. Həmin şirkətlər bu məlumatları öz xidmətləri üçün istifadə edir. Proqramdan istifadə edənlər eyni zamanda, avtomatik olaraq xidmətdə iştirak edən üçüncü tərəfə, yəni hansısa sosial şəbəkə istifadəçisinə ötürülməsinə icazə verir”.(Teleqraf.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png