Su nə vaxt veriləcək?- AÇIQLAMA

“Artıq Ceyranbatan tam gücüylə işləyir, Kür su təmizləyici qurğularının isə 80 faizi bərpa olunub”.

ONN media xəbər verir ki, bu barədə “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, Oğuz-Qəbələ isə yaxın saatlarda qoşulacaq:

“Hazırda şəhərin bir çox ünvanında hidravlik rejim bərpa olunduqca su verilişi bərpa olunacaq. Günün sonuna kimi əhalinin su təchizatında stabillik yaradacağıq”.