Sürücülərin DİQQƏTİNƏ: bu küçələrdən keçməyin!

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş.Bədəlbəyli küçəsinin R.Behbudov və S.Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.