ONN İnformasiya Agentliyi

Tanınmış jurnalistə YENİ VƏZİFƏ

Tanınmış jurnalistə YENİ VƏZİFƏ
03 İyul 2018 - 12:51

"Lider" televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyevə yeni vəzifə verilib.

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunan Elnur Niftəliyev faktı təsdiqləyib.

O bildirib ki, bu gündən vəzifə başındadır: "Bəli, məlumat doğrudur. Artıq bu gündən etibarən iş başındayam. Ümid edirəm, mətbuatla əməkdaşlığımız uğurla davam edəcək".

Xatırladaq ki, qurumun daha əvvəlki mətbuat katibi hazırda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Anar Hüseynov idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png