ONN İnformasiya Agentliyi

Ukrayna – Azərbaycan: Yeni eranın başlanğıcı…

Ukrayna – Azərbaycan: Yeni eranın başlanğıcı…
18 Sentyabr 2020 - 20:45

Ukraynanın milli təhlükəsizliyinə dair qəbul edilən yeni strategiyada Azərbaycanın strateji tərəfdaş kimi müəyyən edilməsi iki ölkə arasında əməkdaşlıqda yeni eranın başlanğıcıdır.

ONN media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezident Ofisinin Xarici siyasət direktoratının nümayəndəsi Andrey Sklyar söyləyib.Onun sözlərinə görə, pandemiya dövründə də Azərbaycan və Ukrayna qardaş, dost ölkə olduqlarını nümayiş etdiriblər.

“Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. İki ölkə arasında bütün sahələr üzrə, o cümlədən təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə problem yoxdur. Ticarət dövriyyəsinin artırılması üçün mövcud potensialdan tam istifadə edilməlidir”, – deyə A.Sklyar əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png