ONN İnformasiya Agentliyi

Vətəndaşlarımız ən çox hansı ölkəyə səfər edirlər?

Vətəndaşlarımız ən çox hansı ölkəyə səfər edirlər?
14 Fevral 2020 - 22:39

2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olub.

ONN media bildirir ki, ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalıb.

2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png