ONN İnformasiya Agentliyi

Xaricilərə iş icazəsinin verilməsi ilə bağlı dəyişiklik

Xaricilərə iş icazəsinin verilməsi ilə bağlı dəyişiklik
05 İyun 2018 - 12:52

"Hər hansı iş icazəsi ilə bağlı özəl sektor nümayəndəsinin narahatlığı olarsa, Dövlət Miqrasiya Xidmətində yaradılan "Qaynar xəttə” müraciət edə bilər”

ONN media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycan- Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.

V.Hüseynov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır:

"Şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq. Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsinin daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək. Bütün bu məsələlər işçi qaydasında şurada müzakirə olunacaq".

Xidmət rəisi bildirib ki, iş icazəsinin alınması üçün sənədlərin verilməsindən yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.

V.Hüseynov, həmçinin vurğulayıb ki, Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarının müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir. 

Xidmət rəisinin sözlərinə görə, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsini asanlaşdırmaq üçün elektron tətbiq üzərində iş qurur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png